AUT.AZ

“Turan Tovuz” “Sabah”ı öldürdü, “Qarabağ” fürsəti əldən vermədi

Azərbaycan Premyer Liqasında 23-cü tur yekunlaşıb.

Aut.az xəbər verir ki, ilk oyun günündə – fevralın 17-də  bir qarşılaşma olub. Autsayderlər qrupunda olan “Şamaxı” ilə “Kəpəz” üz-üzə gəlib. Gəncədə keçirilən oyunda “Kəpəz” qalib gəlməklə, sonuncu pillədən qurtulmağa çalışacaqdı. Qarşılaşmada beş qol qeydə alınıb. Rəqibini 3:2 hesabı ilə məğlub edən “Kəpəz” turnir cədvəlinin sonuncu pilləsini tərk edib.

Fevralın 18-də daha iki oyun keçirilib.  Günün ilk oyununda “Qəbələ” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Meydan sahibləri 2:1 hesablı qələbə qazanmaqla, 3 xalı aktivlərinə yazdırıblar.

“Neftçi” isə bu tur autsayder “Səbail”lə üz-üzə gəlib. Şahin Diniyevin komandası sonuncu pillədən uzaqlaşmaq üçün çətin rəqibi ilə görüşdən ən azı heç-heçə ilə ayrılmalı idi. Amma “ağ-qaralar” doğma meydanda bu komandanı 3 cavabsız qolla məğlub edib.

Turun son oyunları fevralın 19-da baş tutub. Günün ilk qarşılaşmasında “Sabah” “Turan Tovuz”u qəbul edib. Bölgə təmsilçisi bu qarşılaşmada qalib gələrək, “Sabah”a çempionluq yolunda ölümcül cərbə vurub. Turun və günün son oyununda “Zirə”, fikri Belçikada olan “Qarabağ”ı qəbul edib. “Atlar” minimal hesabla qalib gələrək liderliyi bir qədər də möhkəmləndiriblər.

Azərbaycan Premyer Liqası, 23-cü tur

17 fevral

Kəpəz – Şamaxı 3:2
Qol: 
Abdullahi Şuaybu, 10. Mate Kvirkviya, 53; 72 – Fuad Bayramov, 22. Rəhman Daşdəmirov, 62.
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Gəncə şəhər stadionu, 14:00

Kəpəz: 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci,66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov

Şamaxı: 1. Rəşad Əzizli (k), 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 90. Əli Səmədov, 2. Rauf Hüseynli, 21. Qurban Səfərov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov,29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

18 fevral

Qəbələ – Sumqayıt 2:1
Qol: 
Ülvi İsgəndərov, 44. Rafael Utziq, 56 – İsnik Alimi, 85-avtoqol.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Şirmamed Mamedov, Emin Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Qəbələ şəhər stadionu, 15:00

Qəbələ: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov

Neftçi – Səbail 3:0
Qol: Kenni Sayef, 8-pen. Emin Mahmudov, 48-pen. Mateus Saldanya, 74.
Hakimlər: Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Rahil Ramazanov, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”, 17:30

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç
Baş məşqçi: Şahin Diniyev

19 fevral

Sabah – Turan Tovuz 0:2
Qol: Natan Oduva, 11. Ayxan Quseynov, 64.
Matçın 36-cı dəqiqəsində Ayxan Quseynov penaltidən yararlana bilməyib (kənara)
Hakimlər: Kamal Umudlu, Elşad Abdullayev, Cəmil Quliyev, Nicat İsmayıllı
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
“Bank Respublika Arena”, 16:30

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva. 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 9. Belajdi Pusi,  11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 19. Runi Eva, 23. Okebuqvu Henri
​Baş məşqçi: Ayxan Abbasov

Zirə – Qarabağ 0:1

Qol: Qismət Alıyev, 87 – avtoqol.
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 19:00

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 96. Donald Gerye, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 38. Ramiz Muradov, 9. Loris Broqno, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Exit mobile version