AUT.AZ

Con Terri də ondan yazdı

“Çelsi”nin sabiq müdafiəçisi və kapitanı Con Terri London klubunda birlikdə çıxış etdiyi qanalı hücumçu Kristian Atsunun ölüm xəbərinə reaksiya verib.

Aut.az xəbər verir ki, Terri Türkiyədə zəlzələnin qurbanı olan “Hatayspor”un futbolçusu haqda “tvitter”də paylaşım edib:

“Rahat yat, mənim dostum”.

“Hatayspor” təmsilçilərinin verdiyi məlumata görə, Kristian Atsu faciə ərəfəsində ölkəni tərk edərək yeni komanda axtarışına çıxmağa hazırlaşırmış. O, zəlzələ baş verən gecə, bileti olduğu halda səfərini bir günlük təxirə salıb. Onun cəsədini zəlzələdən 12 gün sonra dağıntılar altından çıxartmaq mümkün olub.

Aut.az

Exit mobile version