AUT.AZ

“Barsa” cəzalanacaq? – Tebas mesaj verdi

La Liqanın rəhbəri Xavyer Tebas “Barselona” ətrafında baş verən hakim qalmaqalından danışıb.

Daha əvvəl bildirilmişdi ki, klub 2016-2018-ci illər arasında İspaniya Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya 1,4 milyon avro ödəyib. Klubdan bildirilib ki,  İspaniya Kral Futbol Federasiyasının rəsmisi gənc futbolçulara hakimlik haqqında hesabatlar verdiyinə görə pul alıb.

Tebas bildirib ki, La Liqanın bu cür pozuntulara görə təyin etdiyi məhdudiyyət müddəti bitdiyi üçün “Barselona” cəzalandırılmayacaq.

“Barsa” fırıldağın qurbanı ola bilərdi. Mən hər şeyi görmüşəm. Saxtakarlıq, saxtakarlığa cəhd, klublardan qazanc əldə edən insanlar görmüşəm…

Vəziyyət hüquqi müstəvidə izah edilməlidir. İş məhkəməyə gedib çıxsa, biz orada olacağıq.

Əgər “Barselona”nın da bu işdə əli olubsa, onun bədəlini ödəməlidir. O cümlədən hüquqi müstəvidə. Neqreira fırıldaqçıdır. Bu məsələ məni təəccübləndirmədi.

Hakimlərə inanıram və onlar da deyirlər ki, Neqreyra onların fəaliyyətinə mane olmayıb. “Barselona”nın sadəlövh rəhbərliyi tələyə düşüb. Bu, futbola çox böyük ziyan vurur”.

Aut.az

Exit mobile version