AUT.AZ

Əmirin qarşısında aciz görünmək – Əsəbiləşib

Komandanın “Bavariya” ilə matçda aciz görünməsi PSJ-nin  prezidentini özündən çıxarıb.

Aut.az “L’Équipe” nəşrinə istinadla xəbər verir ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ- “Bayern” (0:1) matçını Qətər əmiri Təmim bin Həməd Al Tani, eləcə də Qətərdən gələn böyük nümayəndə heyəti izləyib. Onlar xüsusi olaraq bu oyun üçün Parisə gəlmişdi.

PSJ-nin prezidenti Nasser Al-Xelaifi komandanın bu matçda göstərdiyi çıxışı bəyənməyib. Əl-Xelaifi PSJ-nin müdafiədə oynamasından və çarəsiz görünməsindən narazı qalıb.

Bu tənqidin PSJ-nin baş məşqçisi Kristof Qaltyedən də yan keçmədiyi qeyd olunur. O, mövsümdə ilk dəfə olaraq mətbuat konfransında o, start heyətini niyə belə seçdiyi haqda danışmalı olub.

Daha əvvəl PSJ-in ardıcıl 3 məğlubiyyətindən sonra Qaltyenin mövqeyinin zəiflədiyi bildirilirdi. Klubun sahibləri növbəti iki matçın – Liqa 1-də “Lill” və “Marsel”lə qarşılaşmalardan sonra qəti qərar verəcəklər.

Aut.az

 

 

 

Exit mobile version