AUT.AZ

“Sevilya” argentinalı futbolçu transfer etdi

“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.

Aut.az xəbər verir ki, La Liqa təmsilçisi Argentinanın “San Lorenso” klubunun mərkəz müdafiəçisi Federiko Qattonini transfer edib.

23 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. İspanlar bu transfer üçün Argentina təmsilçisinə 1.4 milyon avro ödəyiblər.

Qattoni bu mövsümün sonuna kimi “San Lorenso”da icarə əsasında çıxış etməyə davam edəcək. Argentinalı futbolçu “Sevilya”ya yayda qoşulacaq.

Qattoni “San Lorenso”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında meydana çıxdığı 70 matçda 6 qol vurub.

Exit mobile version