AUT.AZ

“San-Lorenso”dan “Sevilya”ya

“Sevilya” yeni transferini həyata keçirib. 

Aut.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

 

Xəbərə görə, İspaniya təmsilçisi “San-Lorenso”dan Federiko Qattonini heyətinə cəlb edib.

24 yaşlı argentinalı müdafiəçi ilə sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Federikonun transferi 1,4 milyon avroya başa gəlib.

Futbolçu “Sevilya”ya cari mövsümün sonunda qoşulacaq. Hələlik “San-Lorenso”da çıxış edəcək. Ancaq bu dəfə icarə əsasında.

Exit mobile version