AUT.AZ

Erməni futbolçunun “Qalatasaray”dan istədiyi məbləğ açıqlandı

Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryan Türkiyənin “Qalatasaray” klubuna keçərsə, mövsümdə 2-2,5 milyon avro almaq istəyir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Yakup Çinar “Twitter” səhifəsində yazıb.

Mənbənin məlumatına görə, “Dinamo” “Qalatasaray”dan Zaxaryanın müqaviləsində nəzərdə tutulan təzminatın ödənilməsini tələb edir. Bu məbləğ 15 milyon avrodur.

Qeyd edilir ki, Zaxaryanın Avropa klubuna transferi Rusiya və Ukrayna münasibətləri ilə bağlı siyasi vəziyyətə görə mümkün deyil, ona görə də “Qalatasaray” rusiyalı yarımmüdafiəçi üçün ideal variant ola bilər.

Exit mobile version