AUT.AZ

Dünya futbolunda ən səs-küylü münaqişələr

Dünya futbolunda ən səs-küylü münaqişələrin reytinqi tərtib edilib.

Aut.az xəbər verir ki, reytinqi “FourFourTwo” nəşri tərtib edib. Siyahıya futbolçularla məşqçilər arasında 50 konfliktli vəziyyət daxil edilib.

“İlk onluq” belədir:

  1. Arsen Venger və Aleks Ferqyuson – “Arsenal” və “Mançester Yunayted” arasındakı rəqabətə görə;
  2. Zinəddin Zidan və Marko Materatsi – 2006-cı il dünya çempionatının finalındakı olaya görə;
  3. Maksi Lopez və Mauro İkardi – Vanda Naranın sonuncuya ərə getməsi ilə əlaqədar;
  4. Roy Kin və Mik Makkarti – 2002-ci il dünya çempionatı zamanı futbolçunun məşqçini tənqid etməsinə görə;
  5. Nikolas Anelka və Raymond Domenek – DÇ-2010 zamanı futbolçunun məşqçini tənqid etməsinə görə;
  6. Lotar Matteus və Stefan Effenberq – qarşılıqlı tənqidə görə;
  7. Roy Kin və Patrik Vieyra – yarımmüdafiədə rəqabətə görə;
  8. “Nyukasl” azarkeşləri və Mayk Eşli – səmərəsiz klub idarəçiliyinə görə;
  9. Arsen Venger və Joze Mourinyo – portuqalın “Çelsi”dəki dönəmində media çəkişmələrinə görə;
  10. Kərim Benzema və Didye Deşam – Matye Valbuenanın şantaj işi səbəbindən hücumçunun Fransa millisindən qovulmasına görə.

Qeyd edək ki, Luis Suares və Patris Evra arasında iddia edilən irqçi təhqirə görə münaqişə 13-cü, “Barselona”da Zlatan İbrahimoviçlə Pep Qvardiola arasındakı fikir ayrılığı 14-cü, Ueyn Bric və Con Terri arasındakı mübahisə isə 19-cu yerdə qərarlaşıb.

Exit mobile version