AUT.AZ

Azərbaycan cüdoçusu Böyük Dəbilqənin qalibi oldu

Azərbaycanın cüdoçusu İsrailin Təl-Əviv şəhərində keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Aut.az xəbər verir ki, Zelim Kotsoyev (100 kq) hamıdan güclü olub. O, həlledici qarşılaşmada niderlandlı Mixael Korrelə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Uşangi Kokauri (100 kq+) isə monqolustanlı Tsetsensengel Odxugiyn ilə mübarizədə məğlub olaraq gümüş medala yiyələnib.

90 kq-da yer alan Məmmədəli Mehdiyev isə bürünc medal uğrunda görüşdə braziliyalı Rafael Makedondan üstün olub.

Qeyd edək ki, daha əvvəl 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.

Exit mobile version