AUT.AZ

Uşaqları məcbur edirlər ki, LGBT-in simvolu olan formaları geyinsinlər

Avstraliyada altı və yeddi yaşlı uşaqların LGBT-nin simvolu sayılan rənglərdən ibarət forma geyinməyə məcbur edilməsi ilə bağlı qalmaqal yaranıb.

Aut.az xəbər verir ki, “Sky News Australia” telekanalının məlumatına görə, bəzi uşaqların valideynləri bildiriblər ki, övladları yerli çempionatda keçirilən matçının fasiləsində meydançaya çıxmaq və LGBT hərəkatına dəstək göstərmək üçün “qürur formaları” geyinməlidirlər.

Əks halda, onlar A-Liqa oyununa – Avstraliyanın yüksək divizionuna dəvət olunmaya bilərlər. Avstraliyalı siyasətçi Stiven Konroy bu vəziyyətə belə reaksiya verib:

“Bu şərtə əməl etməkdən imtina edənlər hər hansı şəkildə cəzalandırılarsa, bu, özünü məh etmə aktı olacaq. “Qürur forması” əladır, amma uşaqlar meydançaya çıxmasalar, bu, bütün zamanların ən ciddi avtoqolu sayılacaq”.

 

Exit mobile version