AUT.AZ

UEFA Azərbaycanın “istedadlı dələduzlar”ına 3,5 milyon göndərdi

Əslində Azərbaycan komandaları uşaq futbolu üçün pul axtarmırlar. Nöşün ki, pul özü gəlib onları tapır. Özü də kifayət qədər. Amma həmin pul uşaq futboluna sərf edilmir. Bəs hara sərf edilir? Əvvəlcə gəlin görək o pul haradan gəlir? UEFA-dan.

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan komandalarına yenə də pul göndərib. Məbləğ kifayət qədər böyükdür, yarım milyon manat. Hər kluba ha…

UEFA 7 komandanın hər birinə 271 min avro ödəyib. Guya uşaq futbolunu inkişaf etdirəcəklər. İnanan daşa dönsün. O vəsaitin uzağı 50 mini gözdən pərdə asmaq üçün girdirmə layihələrə yönəldiləcək. Qalanı hara gedəcək? “İstedadlı dələduzlar”ın cibinə. Yəni deməyimiz odur ki, UEFA 3,5 milyon manatı azərbaycanlı uşaqlara yox, “istedadlı dələduzlar”a göndərib. Ona görədir ki, futbol təsərrüfatında “istedadlı dələduzlar”ın sayı-hesabı yoxdur. Pul olan yerdə onlardır, həmişə!

Düzdür, bütün hallarda istisnalar var. Məsələn, “Qəbələ”nin uşaq futbolunda sərf etdiyi əməyi dana bilmərik. Amma əksəriyyət… Biz UEFA-nın kimlərə vəsait yolladığını təqdim edək, oxucular özləri müəyyənləşdirsin: Bu vəsait hansı komandada “istedadlı dələduzlar”a çatacaq, hansında uşaqlara.

“Neftçi” – 271.428 avro

“Zirə” – 271.428 avro

“Qəbələ” – 271.428 avro

“Sabah” – 271.428 avro

“Sumqayıt” – 271.428 avro

“Şamaxı” – 271.428 avro

“Səbail” – 271.428 avro

Aut.az

Exit mobile version