AUT.AZ

Qarabağ ermənisini “Qalatasaray”a bu məşhur agent gətirir

Moskva “Dinamo”sunun yarımmüdafiəçisi Arsen Zaxaryanın “Qalatasaray”a keçidi ilə futbol agenti Corc Hardi məşğul olur.

Aut.az xəbər verir ki, Hardi məşhur futbolçuların Türkiyə klublarına transferində iştirakı ilə tanınır. Onun agentliyi Samuel Eto’O, Mario Qomes, Samir Nəsri və digər futbolçuların transferlərini də həyata keçirib.

Daha əvvəl bildirilmişdi ki, Zaxaryan “Qalatasaray”a keçməkdən imtina edib. Türkiyə klubu “Dinamo”nun yarımmüdafiəçisi üçün bonuslar da daxil olmaqla 13 milyon avro təklif edib. “Transfermarkt” oyunçunu 15 milyon avro qiymətləndirir.

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi Rusiya vətəndaşlığı daşısa da, Qarabağ ermənisidir. Onun ailəsi I Qarabağ müharibəsi başlayan zaman Ağdərədən Samaraya köçüb. Arsen də məhz burada dünyaya gəlib. Böyük qardaşı David də futbolçu olub. Lakin zədə səbəbindən karyerasını erkən başa vurub.

Exit mobile version