AUT.AZ

“Beşiktaş” futbolçusunu icarəyə verdi

“Antalyaspor” heyətini yeni futbolçularla gücləndirib.

Aut.az xəbər verir ki, Super Liqa təmsilçisi “Beşiktaş”dan Emrecan Uzunhanı, Macarıstanın “Pakş” klubundan isə Balint Şabonu icarəyə götürüb.

Hər iki futbolçu bu mövsümün sonuna kimi icarədə oynayacaq. Amma Şabo satınalma şərti ilə icarəyə götürülüb.

Şabo Macarıstanın “Fehervar” klubunun yetirməsidir. O, ölkəsində “Budaerş” və “Kapoşvar”ın da formasını geyinib. 22 yaşlı mərkəz yarımmüdafiəçisi “Pakş”da 50 oyuna 6 qol vurub.

Emrecan isə “Qalatasaray” və “İstanbulspor”un yetirməsidir. “Beşiktaş” onu 2022-ci ilin iyul ayında “İstanbulspor”dan 2 milyon avro qarşılığında transfer edib. 21 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə “qara qartallar”ın heyətində 6 matça çıxıb.

Exit mobile version