AUT.AZ

“Barselona”da transfer – FOTO

Müdafiəçi Julian Arauxo “Los-Anceles Qalaksi”dən “Barselona”ya keçib.

Aut.az xəbər verir ki, kataloniyalılar 21 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Meksikalı yaxın günlərdə “Barselona B”yə qoşulacaq.

İnsayder Fabritsio Romanonun dediyinə görə, transfer bonuslar da daxil olmaqla, təxminən 4 milyon avroya başa gəlib.

2022-ci ildə Arauxo MLS-də 31 oyun keçirib və 5 məhsuldar ötürmə verib.

Exit mobile version