AUT.AZ

Arda Turan baş məşqçiliyə başlayır

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq futbolçusu Arda Turan məşqçiliyə başlayır.

Aut.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi Türkiyənin U-21 yığmasını çalışdıracaq. Bu barədə “Milliyet” nəşri məlumat yayıb. Turanın təyinatının yaxın zamanda açıqlanacağı gözlənilir.

Arda futbolçu kimi Türkiyədə “Qalatasaray”, “Başakşəhər”, İspaniyada “Barselona”, “Atletiko” kimi klublarda forma geyinib.

Exit mobile version