AUT.AZ

4-cü divizion klubu şikayət etdi – FİFA araşdırır

İspaniyanın dördüncü divizionunun “Union Adarve” klubu Markos Alonsonun “Çelsi”dən “Barselona”ya keçidi ilə bağlı FİFA-ın  Mübahisələrin Həlli Palatasına şikayət edib.

Aut.az AS nəşrinə istinadla xəbər verir ki, klub oyunçu mübadiləsinin 12 milyon avro əlavə ödənişlə aparıldığını iddia edir.

“Union Adarve” əmindir ki, Alonsonun keçidi  Piyer-Emerik Obameyanqın transferinə daxil edilib. Bu iddia sübut olunarsa, 4-cü divizion klubu sabiq yetirməsi Alonsoya görə 103.000 avro alacaq.

“Union Adarve FİFA-ya müraciət etməklə yanaşı, La Liqaya da müraciət etmək niyyətindədir. Klub əmindir ki, Federasiyada “Çelsi” və “Barselona” nümayəndələrinin Alonsonun keçidi ilə bağlı görüşləri haqda sübutlar var.

Exit mobile version