AUT.AZ

Xanım baş katibə deyib ki, ucaboy sarışınla cinsi əlaqədə olmaq…

Fransa Futbol Federasiyasının baş katibi Florans Arduen qurumun sabiq prezidenti Noel Le Qrenin onu təhqir etməsindən danışıb.

Paris prokurorluğu yanvar ayında federasiya rəhbəri vəzifəsindən uzaqlaşdırılan Le Qreyə qarşı istintaqa başlayıb. Onun əməlləri ilə bağlı hesabat hazırlanıb.

Aut.az xəbər verir ki, Florens müstəntiqlərlə söhbəti zamanı bildirib ki, Le Qre illər ərzində onu açıq şəkildə təhqir edib. Xüsusən də bir dəfə 81 yaşlı funksioner sərxoş olub və deyib: “Məni incidirsən, ucaboy qancıq”.

Başqa bir epizodda Le Qre onunla təkbətək olanda deyib: “Həkimim hesab edir ki, ucaboy sarışınla cinsi əlaqədə olmaq  mənim üçün yaxşı olardı” (Floransın boyu 180 santimetrdir).

Arduen daha sonra FFF-nin keçmiş prezidenti ilə birlikdə onun maşınına tərəf getdiyi zaman Federasiyanın mənzil-qərargahının yaxınlığında baş verən hadisə barədə danışıb. Noel onu şam yeməyinə dəvət etdi, lakin Florens ortağı ilə nahar edəcəyini izah edərək imtina edib. Bu zaman Le Qre deyib: “Yaxşı, sevgilinlə cinsi əlaqədə ol”.

Aut.az

Exit mobile version