AUT.AZ

“Trabzonspor”un “Bazel” sınağı

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.

Aut.az xəbər verir ki, bu turnirdə də mərhələnin ilk oyunlarının hamısı bir gündə keçiriləcək. Məlum olduğu kimi, ölkəmizin turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda “Gent”i qəbul edəcək.

Türkiyə təmsilçilərindən yalnız biri – “Trabzonspor” mübarizəyə bu mərhələdən başlayacaq. Qaradənizlilər doğma azarkeşləri önündə İsveçrə təmsilçisi “Bazel”i sınağa çəkəcək.

Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları fevralın 23-də olacaq.

UEFA Konfrans Liqası, ilk oyunlar

21:45 Qarabağ – Gent

21:45 Trabzonspor – Bazel

21:45 Budo Qlimt – Lex

21:45 Braqa – Fiorentina

00:00 Latsio – CFR Kluj

00:00 AEK Larnaka – Dnepr-1

00:00 Şerif – Partizan

00:00 Ludoqorets – Anderlext

Exit mobile version