AUT.AZ

Özünə qoyulmur: Uduzdular, poker oynamağa getdi

PSJ-nin braziliyalı hücumçusu Neymar Parisdə keçirilən “European Poker Tour” turnirində iştirak edib.

Aut.az xəbər verir ki, fevralın 15-də, Çempionlar Liqasının 1/8 finalında PSL-in “Bavariya”ya məğlubiyyətinin ertəsi günü Neymar gözlənilmədən poker turnirində görünüb. Bu barədə “RMC Sport” məlumat yayıb.

Bildirilir ki, braziliyalı əvvəlcə günün ortasında masa arxasına oturub, tez də uduzaraq oyundan çıxıb. Yerli vaxtla saat 22:30-da o, 10.000 avro uğrunda mübarizə aparmaq üçün qayıdıb.

Neymarın belə davranışı azarkeşlər arasında böyük narazılığa səbəb olub. Paris klubunun fanatları sosial şəbəkələrdə braziliyalını tənqid edirlər.

Aut.az a

Exit mobile version