AUT.AZ

Onları İtaliyada görməyəcəksiniz – Etiraf

“Monza”nın baş direktoru Adriano Qalliani İngiltərə Premyer Liqası ilə A Seriyasını müqayisə edib.

Aut.az xəbər verir ki, Qalliani jurnalist Canluka Di Martsoya müsahibəsində İtaliya çempionatında “Qızıl top”un sahiblərinin olmamasından təəssüflənib.

O, yaxın gələcəkdə buna ümid etmədiyini də bildirib: “İngiltərə komandaları İtaliya komandalarından üç-dörd dəfə çox qazanır. Əvvəllər belə şey mümkün deyildi. İtaliya futbolunun 1990-cı illərdə olduğu kimi yenidən Avropanın ən yaxşısı olması çox çətindir.

Bir vaxtlar “Qızıl top”a bütün namizədlər İtaliyada oynayırdılar. Amma İtaliya çempionatında oynayıb “Qızıl top”u qazanan sonuncu oyunçusu 2007-ci ildə Kaka olub. İllər keçdi. İndi təəssüflə deməliyəm ki,  İtaliya komandalarında potensial “Qızıl top” sahibini əldə etmək imkanı görmürəm”.

Aut.az

Exit mobile version