AUT.AZ

Nəhənglərin ortabab turnirdəki qarşıdurması

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.

Aut.az xəbər verir ki, ilk oyunların hamısı bir gün ərzində baş tutacaq. Günün ən maraqlı qarşılaşmalarından biri İspaniyada – “Kamp Nou” stadionunda keçiriləcək. “Barselona” “Mançester Yunayted”i qəbul edəcək.

“Qarabağ”ın qrup mərhələsindəki rəqibi “Nant” “Yuventus”un qonağı olacaq. “Sevilya” PSV matçı da maraqla gözlənilir.

Qeyd edək ki, bu mərhələnin cavab görüşləri 1 həftə sonra keçiriləcək.

UEFA Avropa Liqası, ilk oyunlar

21:45 Ayaks – Yunion Berlin

21:45 Barselona – Mançester Yunayted

21:45 Zalsburq – Roma

21:45 Şaxtyor D – Renn

00:00 Bayer Leverkuzen – Monako

00:00 Yuventus – Nant

00:00 Sevilya – PSV

00:00 Sportinq L – Midyülland

Exit mobile version