AUT.AZ

Mübariz Mənsimov zəlzələdə zərər çəkənlərə yardım ayırdı

Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçiriblər.

Aut.az xəbər verir ki, “Xəzər Lənkəran” klubunun sabiq prezidenti, azərbaycanlı iş adamı, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov da bu kampaniyaya qatılıb.

Mənsimovun nümayəndəsi canlı efirdə tanınmış türkiyəli sənətçi Hülya Avşara zəng edərək “Palmali Holding” rəhbərinin də ianələrə qoşulmaq istədiyini bildirib. Azərbaycanlı iş adamı 2 milyon türk lirəsi, 200 prefabrik ev, 130 çadırdan ibarət çadır şəhərciyi, mənzil tikintisində 100 evin tikilməsində sponsorluq və 500 tələbəyə təhsil dəstəyi veriləcəyini bildirib.

Xatırladaq, “Palmali Holding” zəlzələdə zərərçəkənlər üçün fərdi yardım kampaniyasına da start verib.

Exit mobile version