AUT.AZ

Konte qayıtmadı – Yerinə köməkçisi təyin edildi

Bu yaxınlarda öd kisəsini çıxarmaq üçün əməliyyat olunan “Tottenhem”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının 1/8 final mərhələsinin “Milan”la oyunundan (0:1) sonra İtaliyada qalıb.

Aut.az xəbər verir ki, bu barədə “Tottenhem”in sosial şəbəkələrdəki rəsmi hesabı məlumat yayıb.

“Antonio Konte son əməliyyatdan sonra bərpa olunmaq üçün ailəsinin yanında qalacaq. Sağlamlıq ən vacib şeydir və klubdakı hər kəs ona ən yaxşısını arzulayır. Kristian Stellini onu əvəzləyərək komandanın baş məşqçisi olacaq”.

Xatırladaq ki, italiyalı mütəxəssis bundan əvvəl səhhətindəki problemlərə görə İngiltərə Premyer Liqasının 22-ci turunun “Mançester Siti” ilə matçını (1:0) buraxmaq məcburiyyətində qalmışdı.

Exit mobile version