AUT.AZ

Kiməsə pivə lazımdır? – FOTOLAR  

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Brüyne “Arsenal”la oyun zamanı azarkeşlərinin ona pivə stəkanları atmasına cavab verib.

Çempionatın liderləri arasında Premyer Liqanın 12-ci turunun təxirə salınmış oyunu Londonda “Emirates” stadionunda keçirilib və qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Aut.az xəbər verir ki, De Brüyne sosial şəbəkələrdəki səhifəsində tribunadan ona plastik pivə stəkanlarının necə uçduğunu göstərən fotolar yerləşdirib.

O, belə yazıb: “Kiməsə pivə lazımdır? Təşəkkür edirəm”.

Dünənki oyunda Kevin De Brüyne bir qol və bir məhsuldar edib. Eyni zamanda “Arsenal”ın baş məşqçisi Mikel Arteta ilə münaqişəyə girib. Bu qələbədən sonra “Mançester Siti” Premyer Liqanın turnir cədvəlində “Arsenal”ı arxada qoyub – komandaların hərəyə 51 xalı var. Londonlular bir oyun az keçiriblər.

Exit mobile version