AUT.AZ

FİFA-nı yıxıb-sürüdü: Dəyişməliyik

The FIFA logo is seen outside the FIFA headquarters in Zurich, Switzerland, December 17, 2015. REUTERS/Ruben Sprich - GF10000269339

“Şaxtyor”un baş direktoru Sergey Palkin yenə də FİFA-nı kəskin tənqid edib.

Aut.az “SportsPro”ya istinadən xəbər verir ki, o, əcnəbi futbolçuların müqavilələrinin dayandırılması qaydasına görə ali futbol qurumuna irad bildirib:

“FIFA bütün əcnəbi oyunçularımızı aldı və bizi bu borclardan qorumadı. Bu, Ukrayna klublarını iflasa aparan gülünc vəziyyətdir. FİFA Ukrayna futbolu ilə maraqlanmır.

Bizi dəstəkləmirlər, sadəcə olaraq kiməsə nəyi isə göstərməyə çalışırlar. Kimə? FİFA özünü qanundan üstün tutur. Biz bunu dəyişməliyik. Təkcə Donetsk “Şaxtyor”u ilə bağlı yox, Ukrayna klublarına münasibətdə yox. Bunu dünyanın bütün klubları üçün dəyişdirməliyik. Düzünü desəm, hazırda bu itkiləri necə aradan qaldıracağımızı bilmirəm”.

Aut.az

Exit mobile version