AUT.AZ

Bosniyalı futbolçunun Türkiyə sevgisi: 2 milyon bağışladı

Türkiyədə zəlzələ qurbanlarına yardım etmək üçün xeyriyyə marafonuna start verilib.

Aut.az xəbər verib ki, “Tək ürək” şüarı altında keçirilən marafona bütün Türkiyə qoşulub.

Türkiyə klublarında oynayan legionerlər də xeyriyyə marafonunda iştirak edirlər. “İstanbul Başakşəhər”in bosniyalı futbolçusu Edin Vişça da canlı yayıma qoşulub.

O bildirib ki, Bosniya dar gündə olanda Türkiyə həmişə onun yanında olub. Ona görə də, indi Türkiyəyə çətin zamanında dəstək olmağı özünə mənəvi borc bilir. Edin “Tək ürək” kampaniyasına 100 min avro ( 2 milyon türk lirəsi) yardım edib.

Aut.az

Exit mobile version