AUT.AZ

Bir qol da vursa…

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland klub rekordunu təkrarlayıb.

Aut.az xəbər verir ki, 22 yaşlı forvard buna İngiltərə Premyer Liqasının 12-ci turundan təxirə salınmış “Arsenal”la oyunda nail olub. “Topçular”la görüşdə fərqlənən norveçli oyunçu qollarının sayını 26-ya çatdırıb. Bununla da o, “şəhərlilər”in sabiq forvardı Serxio Aqueronun göstəricisini təkrarlayıb.

Erlinq Haaland daha bir dəfə fərqlənərsə, “Mançester Siti”nin heyətində bir mövsümdə ən çox qol vuran futbolçu rekordunu yeniləyəcək. Gənc forvardın bunu reallaşdırmaq üçün qarşıda 15 matçı var.

Qeyd edək ki, “Mançester Siti” “Arsenal”ı səfərdə 3:1 hesabı ilə məğlub edərək Premyer Liqada liderliyi ələ keçirib.

Exit mobile version