AUT.AZ

“Barselona”ya kimlər “torba” tikir? – Adekvat cavab olacaq

“Barselona”nın prezidenti Joan Laporta klubun, İspaniya Kral Futbol Federasiyasının (RFEF) Texniki Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya pul ödəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Aut.az xəbər verir ki, Laporta bu haqda “Football Espana” nəşrinə açıqlama verib. O, belə informasiyanın indi yayılmasının təsadüf olmadığını bildirib:

“Həqiqətən də, xəbər heyrətamizdir və onun indi çıxması təsadüfi deyil. Mən deyə bilərəm ki, haqqımızda yayılan istənilən böhtan klubdan mütənasib və adekvat cavab alacaq. Şərəfimizi qorumaq üçün lazım olan bütün tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq.

Bunu “Barselona” azarkeşlərinə deyirəm. Təsadüfi deyil ki, bu məlumat məhz “Barsa”nın yaxşı çıxış etdiyi bir vaxtda ortaya çıxır. Deməli, təsadüf deyil”.

Aut.az

 

Exit mobile version