AUT.AZ

A Seriyasında iki istefa

İtaliyada bir gündə iki istefa reallaşdı. Dünən A Seriyasının autsayderləri vəziyyətdən çıxmaq üçün baş məşqçilərini qovdu.

Aut.az xəbər verir ki, “Salernitana” artıq 2-ci dəfə Davide Nikola ilə yolları ayırdı. Daha öncə bu məşqçi bir həftə sonra geri qaytarılmışdısa, bu dəfə birdəfəlik getdi. Artıq onu portuqaliyalı Paulo Souzanın əvəz edəcəyi də bəllidir.

“Spetsiya” isə yayda komadaya gətirilən Luka Qottini yola saldı. 55 yaşlı italiyalı mütəxəssisi kimin əvəz edəcəyi dəqiqləşməyib.

Exit mobile version