AUT.AZ

Yığmanın sabiq futbolçusu öldü

Kiyev “Dinamo”nun və Ukrayna millisinin sabiq müdafiəçisi Aleksandr Radçenko 47 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu haqda məlumatı klubunun rəsmi saytı yayıb. Onun ölümün səbəbi açıqlanmır.

Radçenko “Dinamo”nun heyətində 1997/98 mövsümündə Ukrayna çempionu və ölkə kubokunun sahibi olub. O, 2002-2005-ci illərdə Ukrayna millisinin heyətində 17 oyun keçirib.

Radçenko “Metallurq”  “Zakarpatya” və “Krivbas”da da çıxış edib. 2009-cu ildə futbolçu karyerasını bitirdikdən sonra uşaq məşqçisi kimi fəaliyyət göstərib.

Aut.az

Exit mobile version