AUT.AZ

Xalqı üçün lobbiçilik edir: 6 ukraynalını…

“Arsenal”ın futbolçusu Aleksandr Zinçenko İngiltərədə əla futbol oynamaqla, yaxşı pul qazanmaqla yanaşı, həm də Ukrayna üçün lobbiçilik edir.

Aut.az xəbər verir ki, Zinçenko ukraynalı qaçqınlara İngiltərədə futbol oynamağa, onların klubların akademiyalarına yerləşdirilməsinə yardım edir.

“The Athletic”in məlumatına görə, əvvəllər “Mançester Siti”də çıxış etmiş “Arsenal”ın yarımmüdafiəçisi altı ukraynalı gəncin “şəhərlilər”in akademiyasına daxil olmasına kömək edib. Onların bəziləri dostlarının övladlarıdır, bəziləri isə futbolçuya mesaj göndərərək kömək istəyiblər.

Qeyd edək ki, Aleksandrın xeyriyyə fondu 1 milyon funt sterlinq toplayıb. Bu məbləğ arta bilər – Zinçenko və Andrey Şevçenko yayda “Arsenal” və ya “Çelsi”nin ev sahibliyi edəcəyi xeyriyyə matçı keçirməyi planlaşdırır.

Exit mobile version