AUT.AZ

Qalmaqal: Bu stadionda pornoqrafik video çəkilib

Fransa futbolunda növbəti qalmaqal yaşanır.

Aut.az xəbər verir ki, bu dəfə hadisələrin mərkəzində “Nitsa”dır. “Qırmızı-qaralar”ın ev oyunlarını keçirdiyi “Alyans Rivera” stadionunda pornoqrafik çarx çəkilib.

Hadisə yanvarın 29-da Liqa-1-in 20-ci turu çərçivəsində “Lill”lə oyun (1:0) zamanı baş verib. Arenanın ayaqyolusunda pornoqrafik rolik lentə alınıb.

Görüntürlər internet saytlarında qısa müddətdə yayımlanıb. Bu səbəbdən “Nitsa” və stadiona nəzarət edən “Nice Eco Stadium” şirkəti arenanın imicinə vurulan zərbəyə görə məhkəməyə müraciət edib.

Exit mobile version