AUT.AZ

“Neftçi”dən təklif aldı, müqaviləni uzatmadı

U-21 yığmasının yarımmüdafiəçisi Emil Mustafayev “Neftçi“dən dəvət alıb.

Bakı klubu hazırda “Aleksandriya”nın ofrmasını geyinən oyunçuya təklif göndərib.

Düzdür, Ukrayna təmsilçisinin yeni çalışdırıcısı Ruslan Rotan millimizin üzvünü yenə öz sərəncamında görmək istəyir, amma o, mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib.

“Neftçi” “Lvov” və “Minay”ın da xidmətində maraqlı olduğu Emillə 3+1 illik kontrakt imzalamaq niyyətindədir.

Exit mobile version