AUT.AZ

Nəcəfi 4 milyardla Londona gəlir – Bu kluba görə

İran əsilli amerikalı iş adamı Cam Nəcəfi “Tottenhem”i almaq üçün 3,75 milyard dollarlıq təklif hazırlayır.

Aut.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb. Bildirilir ki, Nəcəfinin planları barədə nəşrə, milyarderə yaxın olan iki nəfər məlumat verib.

Nəcəfi “MSP Sports Capital”ın sədridir və təklifi strukturlaşdırmaq üçün investorlar konsorsiumu ilə işləyir.

Məlumata görə, o, bir neçə həftə ərzində “Tottenhem”in sahibi Co Lyuis və klubun idarə heyətinin sədri Daniel Leviyə rəsmi şəkildə müraciət edəcək.

Aut.az

 

Exit mobile version