AUT.AZ

Messi ilə Neymar məcbur qalıb onların ayağına getdilər – FOTOLAR

PSJ-nin ötən gün Çempionlar Liqasının 1/8 final oyununda “Bayern”ə məğlub olmasından (0:1) sonra stadionda maraqlı hadisə yaşanıb.

Aut.az xəbər verir ki, matçdan sonra Lionel Messi və Neymar Paris təmsilçisinin əsas azarkeş qrupuna yaxınlaşıb. Buna səbəb komanda ilə onlar arasında münasibətlərin heç də yaxşı olmamasıdır.

Əvvəllər sözügedən futbolçular komandanın çılğın fanatlarıyla heç vaxt yaxın münasibətdə olmayıb. Münhen təmsilçsiylə görüşdən sonra hər iki futbolçu komanda yoldaşları ilə birlikdə tribunalara yaxınlaşmaq qərarına gəliblər. Onlar, xüsusilə əsas fan-kluba təşəkkür ediblər.

Diqqətçəkən məqam isə Neymarla Leonun digər oyunçulardan uzaqda dayanmaları və özlərini kifayət qədər laqeyd aparmalarıdır. Halbuki bir həftə əvvəl azarkeşlər komandanı “Marsel”lə derbi oyununa hərarətli şəkildə yola salmışdılar. Hətta ultrasların mümayəndəsi Messi və Neymarla münasibət qurmaq üçün onlarla söhbət etmişdi.

“Marsel”lə derbidə PSJ azarkeşi olmayıb. Daha sonra komanda “Monako” ilə qarşılaşıb. Ancaq həmin görüşdə Messi iştirak etməyib. Neymar isə həmin oyunda meydanda olsa da, matçdan sonra azarkeşlərə yaxınlaşmayıb.

Ancaq bu dəfə ulduz futbolçular fərqli qərar veriblər. Çünki Münhendə PSJ-nin azarkeş dəstəyinə ehtiyacı olacaq. Ona görə də Messi və Neymar məsafəli olsa da, azarkeşlərə yaxınlaşmaq qərarına gəliblər. Bəs ultrasların onların bu hərəkətinə cavabı necə olacaq? Tezliklə biləcəyik.

Exit mobile version