AUT.AZ

Kvaratsxeliya “Real”a keçir?

“Napoli”nin üzvü Xviça Kvaratsxeliya yayda “Real”a keçə bilər.

Aut.az xəbər verir ki, “kral klubu” Erlinq Haaland, Kilian Mbappe və ya Cud Bellinqemdən birini transfer edə bilməsə, diqqətini İtaliya təmsilçisinin 22 yaşlı hücumçusuna yönəldəcək.

Gürcüstanlı futbolçunun Neapol klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. Daha əvvəl “Napoli” futbolçunu komandada saxlamaq niyyətində olduğunu və gələn təklifləri geri çevirdiyini bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyul ayından İtaliya klubunda çıxış edən Xviça Kvaratsxeliya 23 oyunda 11 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Exit mobile version