AUT.AZ

İrqçilik olsa, cəzalanacaqlar – Əvvəlcə cərimə, sonra…

Braziliya Futbol Konfederasiyası (CBF) irqçilik nümayiş etdirən klubları cəzalandıracaq.

Aut.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Qeyd olunur ki, bu qərar federasiyanın baş qərargahında keçirilən Texniki Şuranın iclasında elan edilib.

Qurumun rəhbərliyi məsələni səsverməyə çıxarmayıb. Qərara alınıb ki, ilk irqçilik hadisəsində klub cərimə ilə cəzalandırılsın (hələ məbləğ açıqlanmayıb). İkinci halda klub azarkeşlərini itirəcək və ya bağlı qapılar arxasında oynayacaq. Üçüncü halda isə komandanın xalları silinəcək.

Aut.az

Exit mobile version