AUT.AZ

FİFA kvotanı açıqladı – Avropaya 12 yer verdi

FİFA 2025-ci ildən yeni formatda keçiriləcək klublararası dünya çempionatı üçün konfederasiya kvotalarını təsdiqləyib.

Aut.az xəbər verir ki, qərara əsasən, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 12 yer, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 6, Asiya Futbol Konfederasiyası (AFC), Afrika Futbol Konfederasiyası (CAF), Şimali Amerika Futbol Konfederasiyası və Mərkəzi Amerika və Karib hövzəsinin (KONKAKAF) hər birindən 4, Okeaniya Futbol Konfederasiyası (OFC) 1, həmçinin, turnirin ev sahibi üçün 1 yer ayrılacaq.

Ötən ilin dekabrında 2025-ci ildən etibarən Klublararası dünya empionatında 32 komandanın mübarizə aparacağı açıqlanıb. Yeni format üzrə ilk turnir 2025-ci ilin iyun-iyul aylarında keçiriləcək.

Exit mobile version