AUT.AZ

FİFA-dan ərəblərə “DÇ-2030” jesti

Səudiyyə Ərəbistanı tarixində ilk böyük FİFA turnirinə ev sahibliyi edəcək.

Aut.az xəbər verir ki, sözügedən ölkə 2023-cü ilin dekabrında keçiriləcək klublararası dünya çempionatını qəbul edəcək. Bu barədə qərar FİFA-nın İdarə Şurası tərəfindən yekdilliklə verilib.

Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək Dünya Çempionatına da ev sahibliyi etmək istəyir. Ölkə rəhbərliyi düşünür ki, bu yarış mundial öncəsi sınaq xarakter daşıyır. Ərəblər bu imtahandan üzüağ çıxarlarsa, DÇ-2030-a ev sahibliyi etmək şansları artacaq. Əsas mundialla bağlı yekun qərar gəlin il FİFA-nın konqresində açıqlanacaq.

Exit mobile version