AUT.AZ

ÇL: “Milan” “Tottenhem”ə qalib gəldi, PSJ “Bayern”ə uduzdu

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Aut.az xəbər verir ki, 1/8 finalın ilk iki oyunu bu gün keçirilib.

Mərhələnin maraqla gözlənilən matçı Parisdə olub. 2019/2020 mövsümünün finalçıları – PSJ və “Bayern” üz-üzə gəliblər. Qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

Digər qarşılaşmada İtaliya çempionu “Milan” İngiltərənin “Tottenhem” komandasını qəbul edib. Bu oyunda isə meydan sahibləri qələbəyə seviniblər.

1/8 final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) oyunları fevralın 15-də, digər matçlar isə bir həftə sonra keçiriləcək.

Çempionlar Liqası, 1/8 final
İlk oyunlar

14 fevral

PSJ (Fransa) – Bayern (Almaniya) 0:1
Qol
: K.Koman, 53.
Baş hakim: Maykl Oliver (İngiltərə)
Paris. “Park De Prens” stadionu

Milan (İtaliya) – Tottenhem (İngiltərə) 1:0
Qol: B.Dias, 7.
Baş hakim: Sandro Şerer (İsveçrə)
Milan. “San Siro” stadionu

Exit mobile version