AUT.AZ

Çağırış: Hamımız “Amin” deyək – VİDEO

“Qarabağ” fevralın 16-da ən vacib oyunlarından birinə çıxacaq.

Belçikanın tanınmış “Gent” komandası ilə görüşdə Azərbaycan çempionunun qapısını, böyük ehtimalla, 20 yaşlı Amin Ramazanov qoruyacaq.

Azarkeşlər gənc qapıçının təcrübəsizliyinə görə narahatdır. Axı Amin belə oyunlar üçün hələ “yetişməyib”.

Amma Qurban Qurbanovun başqa seçimi də yoxdur. Gürcü qolkiper Luka Quqeşaşvili hələ bir dəfə də olsun meydanda onun və azarkeşlərin etimadını doğrultmayıb…

Məşhur jurnalist İlkin Fikrətoğlu növbəti süjetində fanatları “Gent”lə matçda Amin Ramazanova dəstək olmağa səsləyib, Azərbaycan futbolu tarixində illər əvvəl yaşanmış bənzər halları yada salıb.

Exit mobile version