AUT.AZ

Braziliya yığması ona tapşırıldı – Rəsmi

Braziliya yığmasının yeni baş məşqçisi bəlli olub.

Aut.az xəbər verir ki, yığmanın “sükanı” Ramon Menezesə tapşırılıb. Bu barədə məlumatı milli  komandanın rəsmi saytında yayılıb.

Mütəxəssis əvvəllər Braziliyanın 20 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi olub. Menezesin rəhbərliyi altında Braziliyanın gənclər komandası öz yaşıdları arasında dünya çempionu olub.

Menezesin Braziliya yığmasında ilk matçı martın 25-də Mərakeşlə yoldaşlıq oyunu olacaq. Afrika ölkəsində keçiriləcək oyunda Braziliya millisi tarixdə ilk dəfə Mərakeş ərazisində oyuna çıxacaq.

Xatırladaq ki, bundan əvvəl Braziliya millisinin baş məşqçisi Qətərdə keçirilən dünya çempionatından sonra millini tərk etmiş Adenor Tite idi.

Exit mobile version