AUT.AZ

Atası öldü – O da “Barsa”da oynamışdı

“Barselona”nın sabiq futbolçusu Markos Alonso Penya uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Aut.z xəbər verir ki, Penya Kataloniya klubunun müdafiəçisi Markos Alonsonun atasıdır. O, 63 yaşında vəfat edib. Onun ölümü ilə bağlı “Barsa” başsağlığı verib:

“Barcelona”, klubun sabiq oyunçusu və əsas komandanın hazırkı oyunçusu Alonsonun atasının vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Bütün gücümüz Markos Alonso və onun ailəsilədir. Rahat yat”.

Alonso “Barselona”da 1982-1987-ci illərdə çıxış edib, İspaniya millisinin tərkibində 1984-cü ildə Avropa çempionatında gümüş medal qazanıb.

Exit mobile version