AUT.AZ

“Arılar” “zadəganlar”ı sanca biləcək?

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Aut.az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı Dortmund “Borussiya”sı ilə “Çelsi” arasında baş tutacaq. Ölkədaxili yarışlarda uğursuz çıxış edən “arılar”la “zadəganlar” qitənin bir nömrəli klub turnirində günahlarını yumağa çalışacaqlar.

Günün digər oyununda isə “Benfika” turnirin sürpriz komandası “Brügge”nin qonağı olacaq. Belçika təmsilçisi “qartallar”la görüşdə də azarkeşlərini və Avropanı təəccübləndirməyi hədəfləyir.

Qeyd edək ki, 1/8 finalın ilk oyun günündə “Bayern” PSJ-yə, “Milan” isə “Tottenhem”ə 1:0 hesabı ilə qalib gəlib. Mərhələnin digər 4 matçı isə gələn həftə keçiriləcək.

UEFA Çempionlar Liqası: 1/8 final, ilk oyunlar
15 fevral

00:00 Borussiya D – Çelsi
Baş hakim: Xesus Gil Manzano (İspaniya)
Dortmund, “Siqnal İduna Park” stadionu

00:00 Brügge – Benfika
Baş hakim: Davide Massa (İtaliya)
Brügge, “Yan Breydel” stadionu.

 

 

Exit mobile version