AUT.AZ

“Zirə”dən “Səbail”ə – Rəsmi

“Səbail” qış transfer pəncərəsində 4-cü keçidini rəsmiləşdirib.

Aut.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı komanda “Zirə”nin yarımmüdafiəçisi İlkin Muradovu heyətinə cəlb edib.

Qəsəbə təmsilçisi sosial şəbəkə hesabı vasitəsilə 26 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər autsayderlər zonasında qərarlaşan kluba icarəyə verdiyini açıqlayıb.

“Səbail” buna qədər qış transfer pəncərəsində David Qomis, Matiya Lyuyiç və Mirəli Əhmədovu transfer edib.

Exit mobile version