AUT.AZ

Ürəyi üç dəfə dayandı

Ukraynanın birinci liqa təmsilçisi “Zarya”nın futbolçusu Oleq Dançenko Türkiyədə infarkt keçirib.

Aut.az xəbər verir ki, 28 yaşlı futbolçunun səhhəti təlim-məşq toplanışında pisləşib. Məşq zamanı qəfil yerə yıxılan futbolçunu həkimlərin çevik reaksiyası xilas edib. Belə ki, yaxınlıqda olan avstriyalı həkimlər ona defibrilator aparatı ilə müdaxilə ediblər.

Dançenkonun ürəyi üç dəfə dayanıb, o, kliniki olaraq ölüb. Lakin həkimlər onun vəziyyətini stabilləşdirə biliblər. Futbolçu dərhal xəstəxanaya yerləşdirilib.

Exit mobile version