AUT.AZ

Tufan Sadıqovun oğlu qalacaq

Ximki”nin hücumçusu İlya Sadıqov icarəyə verilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “Match TV” məlumat yayıb. Bildirilir ki, “Ximki” rəhbərliyi klubun azərbaycanlı sərmayəçisi Tufan Sadıqovun oğlunu başqa kluba icarəyə verməyi planlaşdırmır.

Məşqçilər korpusu hücumçunun xeyli inkişaf etdiyini düşünürlər.

O da məlum olub ki, “Ximki”nin baş məşqçisi Spartak Qoqniev əvvəlki futbolçu seçimi ilə mövsümdə komandanın qarşısında duran vəzifələri həll etmək mümkün olmadığı üçün bir sıra futbolçularla ayrılmağın təşəbbüskarı olub.

Exit mobile version