AUT.AZ

“Trabzonspor”un çağırışına İstanbul nəhənglərindən dəstək

UEFA Avropa Liqasının 1/16 final mərhələsində İsveçrənin “Bazel” klubu ilə qarşılaşacaq “Trabzonspor” maraqlı paylaşım edib.

Aut.az xəbər verir ki, trabzonlular isveçrəlilərlə oyuna bütün klubların azarkeşlərini dəvət edib.

“Bordo mavi”lilər həmin qarşılaşmadan gələn bütün gəlirləri zəlzələdən əziyyət çəkənlərə bağışlayacaqlarını açıqlayıb.

“Trabzonspor”un bu təklifinə “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş”da dəstək olub. Hər 3 İstanbul nəhəngi azarkeşlərini “Bazel”lə matçda “bordo mavi”li olmağa çağırıb.
Fevralın 16-da baş tutacaq matç “TV 8” vasitəsilə canlı yayımlanacaq.

Kanalın sahibi Acın Ilıcalı bu matçın yayımdan əldə olunan gəlirləri də zəlzələ qurbanları üçün ianə edəcəyini bildirib.

Exit mobile version