AUT.AZ

“Trabzonspor”dan oyuncaq aksiyası

“Trabzonspor” fevralın 16-da Konfrans Liqasında “Bazel”ə qarşı keçirəcəyi oyun ərəfəsində azarkeşlərə çağırış edib.

Aut.az xəbər verir ki, klub bu barədə açıqlama yayaraq tərəfdarlarından oyuna oyuncaqla gəlmələrini istəyib.

 

Kampaniya zəlzələ fəlakətindən zərər çəkən ailələrin azyaşlı sakinləri üçündür. Stadionun qarşısındakı məntəqələrdə toplanacaq oyuncaqlar daha sonra fəlakət bölgələrinə göndəriləcək. Açıqlamada oyuncaqların bağışlanmasının bu uşaqlara mənəvi dəstək olacağına inam ifadə olunub.

Exit mobile version