AUT.AZ

Sirlər açılır: Jurnalistlərə pul ötürüb ki…

Kataloniya polisi Xosep Bartomeunun “Barselona” prezidenti kimi fəaliyyətinin təfərrüatlarını açıqlayıb.

Aut.az “Sport”a istinadla xəbər verir ki,  Kataloniyanın hüquq-mühafizə orqanları hesabat təqdim edib. Hesabatda göstərilir ki, Bartomeunun göstərişi ilə “Barselona” vasitəçilərin əli ilə onun rəqibləri – Viktor Font və Joan Laporta qarşısında müsbət imicini yaratmaq üçün jurnalistlərə pul ödəyib.

Vasitəçilər arasında Migel Sambolanın idarə etdiyi “Amalgama Marketing” şirkətinin adı çəkilir.

Bartomeu 2014-2020-ci illərdə “Barselona”nın prezidenti olub. 2021-ci ilin martında funksioner “Barsagate” işi çərçivəsində həbs edilib – onun adından sosial şəbəkələrdə rəqiblərə və klubun bəzi oyunçularına qarşı hücumların təşkil edildiyi bildirilib. Məlumat kampaniyasının konsepsiyası da Bartomeu tərəfindən hazırlanıb.

Exit mobile version